Direkt zum Inhalt


Transnationalising Gender: Azerbaijan’s Cultures and Heritage in Conversation with Others

This conference call is available in two languages: Azerbaijani and English. Please scroll down for the English version. 

Bu konfrans elanı iki dildə mövcuddur: azərbaycanca və ingiliscə. İngilis versiyasını görmək üçün aşağı diyirləyin.

“Genderin transmilliləşdirilməsi: Azərbaycan mədəniyyətləri və irsi digərləri ilə dialoqda”

Lids və Regensburq Universitetlərinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfrans

22–23 oktyabr, 2026 | Regensburq, Almaniya

 

Konfrans, gender və seksuallıq anlayışlarını əsas analitik prizma kimi tətbiq edərək Azərbaycan mədəniyyətinin və irsinin çoxqatlı, transmillətli tərəflərini araşdırmağı qarşıya məqsəd qoyur. Konfransın diqqət mərkəzində müasir dövr, təqribən 1980-ci illərdən bu günədək olan zaman kəsiyi dayanır. Təxminən SSRİ-Əfqanıstan müharibəsi ilə başlayan, İran İslam Respublikasının qurulması, Türkiyənin diktatura rejimindən çıxışı və Sovet İttifaqının dağılması, habelə digər regional və qlobal proseslərlə səciyyələnən sözügedən dövr qlobal siyasi, dini və mədəni transformasiyalar, eləcə də transmilli əlaqələrin yenidən qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfrans Böyük Britaniya və Almaniyanın müştərək araşdırma layihəsi olan “Keçid dövrü: postsovet müsəlman respublikalarında gender və seksuallığın dəyişən formalarının tədqiqatı” çərçivəsində keçirilir. Layihə professor Vlad Strukov (Lids Universiteti) və professor Timoti Nunanın (Regensburq Universiteti) birgə rəhbərliyi ilə, Böyük Britaniyanın İncəsənət və Humanitar Elmlər Tədqiqat Şurası (AHRC) və Alman Elmi Araşdırma Cəmiyyəti (DFG) tərəfindən maliyyələşdirilir və beynəlxalq, fənlərarası tədqiqatçılar qrupunu bir araya gətirir.

Konfransın təşkilatçıları “transmilliləşmə” kontekstində “trans-” konsepsiyasını geniş şəkildə nəzərdən keçirən və gender ilə seksuallığın təhlilinə yönələn məruzələrlə iştirak etməyə dəvət edirlər: digər milli və fövqəlmilli aktorlarla dialoqdan tutmuş Azərbaycanın daxili müxtəlifliyinin (mədəni, etnik, dil və dini) dərk olunmasına, həmçinin diaspor sferasına qədər. Beləliklə, biz milli mənsubiyyətin Qərb modelində norma kimi qəbul edilən milli dövlət anlayışının müzakirəsindən qəti şəkildə uzaqlaşır və “milli” çərçivəsindən kənara çıxma imkanlarını araşdırmağı hədəfləyirik. Bizi maraqlandıran, modernlik, mənsubiyyət və fərqlilik anlayışlarının dərk olunması proseslərinin müxtəlif bilik sistemlərində və yerli dil-mədəni (vernakulyar) ifadə formalarında necə inkişaf etdiyinin təhlilidir. Biz, Azərbaycanın dünyəvi müsəlman mədəniyyətlərini daha geniş yerli, regional və qlobal mübadilə şəbəkələrinin kontekstində araşdıran, habelə bu qarşılıqlı təsirlərin mədəni narrativləri, intellektual hərəkatları və regional təsəvvürləri necə formalaşdırdığını göstərən materialları yüksək qiymətləndiririk.

Nümunə olaraq, gender və/və ya seksuallıq diskursu Azərbaycanda transmilliləşmə prosesi kimi necə inkişaf edib? Azərbaycandakı və onun hüdudlarından kənardakı müxtəlif icmalar arasında dialoq nəticəsində gender və seksuallıqla bağlı hansı rəqabət aparan narrativlər meydana çıxıb? Geniş mənada başa düşülən bu cür sərhədlərarası mübadilələr, xüsusilə müstəqillik dövründə, Azərbaycanın mədəni, sosial və siyasi transformasiyalarına necə təsir göstərib? Genderin geosiyasi aspekti Azərbaycanın mədəni yaddaşında hansı rolu oynayır? Bu geosiyasətin çoxqatlı yerli və diaspor xarakterli ölçüləri nələrdən ibarətdir? Nəhayət, Azərbaycanın irsi və ölkənin gələcəyinə dair konsepsiyalarla işləyən rəssamların, kuratorların, kinorejissorların və yazıçıların yaradıcılığında hansı transmillətli gender təsəvvürləri müşahidə olunur?

Gender və seksuallığı əsas analitik prizma kimi ön plana çıxarmaqla, konfrans, adətən Qərb feminist və kvir tədqiqatları ilə məhdudlaşan müxtəlifliyin nəzəri çərçivələrini alternativ epistemoloji yanaşmalar, intellektual ənənələr və modernləşmə layihələri kontekstində zənginləşdirməyi qarşıya məqsəd qoyur.

Biz transregional və transdisiplinar dialoqun əhəmiyyətinə inanır və Azərbaycan mədəniyyətləri və irsini Afrika, Asiya, Avstraliya, Avropa, Şimali və Latın Amerika daxil olmaqla müxtəlif mədəni kontekstlərdən nəzərdən keçirən tədqiqatçıları, sənətçiləri və mədəniyyət sahəsində çalışanları töhfə verməyə dəvət edirik. Beləliklə, biz Azərbaycanı adətən daxil edildiyi Cənubi Qafqaz kontekstindən ayırmağa çalışır və “Cənubi Qafqaz” anlayışını kolonial diskurs çərçivəsində formalaşdırılmış regional identiklik kimi sorğulayırıq. Bu istiqamətdə, Azərbaycanın yalnız yaxın regional məkanla məhdudlaşmayan, daha geniş beynəlxalq aktor və dövlətlərlə münasibətlərini araşdıran töhfələrə xüsusi önəm veriləcəkdir.

Konfransa təqdim ediləcək məruzələr (elmi-tədqiqat, bədii və rəsmi ifadə xarakterli materiallar daxil olmaqla) aşağıdakı istiqamətləri əhatə edə bilər (və bu siyahı ilə məhdudlaşmır):

  • mədəni irsin gender aspektlərinin təhlili
  • gender dilləri və təqdimetmə qrammatikası
  • yerli gender bilik sistemləri və incəsənət təcrübələri
  • incəsənət və mədəniyyət kontekstində dünyəvi müsəlmanlıq, dövlət tərəfindən institusionallaşdırılmış ateizm və dini dirçəliş prosesləri
  • gender amilinin (post)imperial sərhədlərin formalaşmasına təsiri
  • incəsənət və mədəniyyət sahəsində transmilli mübadilə forumları və təsisatları
  • (post)münaqişə şəraitində formalaşan sosial-mədəni təsəvvürlər
  • gender və seksuallığın kollektiv yaddaş mədəniyyətləri 

Konfransa mədəniyyətşünaslıq, vizual tədqiqat, ədəbiyyatşünaslıq, tarix, beynəlxalq münasibətlər, sosiologiya və gender tədqiqatları kimi müxtəlif sahələr arasında dialoq yaradan müraciətlər məmnuniyyətlə qəbul olunur.  Əlavə olaraq, memarlıq, ədəbiyyat, musiqi, teatr, televiziya və media sahələrini araşdıran müraciətlərə xüsusi maraq göstərilir.

İlk növbədə, biz bu konfransa intellektual və mədəni mübadilə məkanı kimi yanaşırıq. Bu yalnız məruzələrin təqdim olunduğu bir tədbir deyil, həm də yuxarıda qeyd olunan mövzular və bu mövzuların hüdudlarını aşan daha geniş məsələlərin ətrafında birgə düşünməyə yönəlmiş uzunmüddətli elmi və yaradıcı icmanın formalaşdırılması üçün başlanğıc nöqtəsidir. Bu baxımdan proqram çərçivəsində ənənəvi məruzə və dəyirmi masa formatları ilə yanaşı, şəbəkələşmə, qeyri-formal müzakirələr və fikir mübadiləsi üçün geniş imkanlar yaradılacaqdır. 

Konfransın  dili: İngilis 

İştirak üçün 300 söz həcmində xülasə və 150 sözədək qısa bioqrafiyanızı (hər ikisi ingiliscə) Word fayl formatında transitions​(at)​uni-regensburg.de (öffnet Ihr E-Mail-Programm) elektron ünvanına 17 aprel 2026-cı il tarixinədək göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində “Transnationalising Gender” qeyd olunmalıdır. Nəticələr 2026-cı ilin may ayının əvvəlində açıqlanacaq. 

Xüsusilə karyerasının başlanğıcında olan akademik, incəsənət və peşəkar fəaliyyət sahələrində çalışan namizədlərin müraciətlərinə önəm veriləcək. Qəbul olan bütün iştirakçıların yaşayış xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq. Səyahət xərclərinin qismən ödənilməsi üçün məhdud maliyyə dəstəyi nəzərdə tutulmuşdur. Biz, öz təsisatları vasitəsilə maliyyələşmədən faydalanan müraciətçiləri, bu məlumatı ərizələrində göstərməyə xahiş edirik ki, resurslarımızı maliyyələşmədən faydalanmayan mümkün qədər çox iştirakçının dəstəklənməsinə yönəldə bilək.

Konfransın təşkilatçıları:

Jack Broughton, Olga Doletskaya, Tatiana Klepikova

Layihə heyəti:

Andrew Delatolla, Olga Doletskaya and Vlad Strukov

(hər üçü – Leeds Universiteti)

Tatiana Klepikova, Timothy Nunan, Gözde Yazıcı Cörüt

(hər üçü – Regensburg Universiteti) 

Zəhra Məmmədova (Masarik Universiteti, Brno) ilə əməkdaşlıq çərçivəsində

Əlavə suallar üçün:

Jack Broughton 

Layihə koordinatoru

“Keçid dövrü: postsovet müsəlman respublikalarında gender və seksuallığın dəyişən formalarının tədqiqatı”

transitions​(at)​uni-regensburg.de (öffnet Ihr E-Mail-Programm)

İncəsənət və Humanitar Elmlər Tədqiqat Şurasının loqosu, Alman Tədqiqat Fondunun (Deutsche Forschungsgemeinschaft) loqosu, Lids Universitetinin loqosu, Reqensburq Universitetinin loqosu və Regensburq Universitetinin Fənlərarası və Çoxmiqyaslı Ərazi Tədqiqatları Departamenti (DIMAS) loqosu.

‘Transnationalising Gender: Azerbaijan’s Cultures and Heritage in Conversation with Others’

International conference, co-organised by the Universities of Leeds and Regensburg

22–23 October 2026 | Regensburg, Germany

 

This conference seeks to explore the multi-layered, transnational dimensions of Azerbaijan’s cultures and heritage by employing the concepts of gender and sexuality as a primary analytical lens. It places the focus on the contemporary period, i.e., from the 1980s till the present day. This period, roughly beginning with the Soviet-Afghan War and marked by the dissolution of the Soviet Union, the founding of the Islamic Republic of Iran, and Türkiye emerging from dictatorship (among other regional and global events), is pivotal in terms of global political, religious and cultural transformations, and in terms of recalibrations of transnational connections. The conference is part of the UK-German research project ‘Transitions: Examining Changing Regimes of Gender and Sexuality in Post-Soviet Muslim Republics’, funded by AHRC and DFG and co-led by Professors Vlad Strukov (Leeds) and Timothy Nunan (Regensburg) and comprising an international, interdisciplinary team of researchers.

The conference organisers invite contributions that approach the concept of ‘trans-’ in the ‘transnationalising’ broadly and that are centred in the examination of gender and sexuality: from dialogue with other national and supranational actors to constructions of Azerbaijan’s internal multiplicities (cultural, ethnic, linguistic and religious) and the diasporic dimension. In so doing, we firmly depart from discussions of the nation-state as the norm of Western national belonging and seek to explore the potential of going beyond ‘the national’. We are interested in examining how negotiations of modernity, belonging and difference have developed across diverse knowledge systems and cultural vernaculars. We encourage submissions that situate Azerbaijan’s secular Muslim cultures within broader local, regional and global networks of exchange and illuminate how these interactions have shaped cultural narratives, intellectual movements and regional imaginaries. 

For instance, how has the discourse on gender and/or sexuality developed in Azerbaijan as a transnational process? What competing narratives of gender and sexuality have emerged in a dialogue among multiple communities within and beyond Azerbaijan? How have such cross-border exchanges (understood broadly) shaped cultural, social and political transformations in Azerbaijan—especially in the current independence era? What role do the geopolitics of gender play in Azerbaijan’s cultural memory? What are the plural local and diasporic dimensions of such geopolitics? And what transnational imaginaries of gender are legible in the works of artists, curators, filmmakers and writers who engage with Azerbaijan’s heritage and visions for the country’s future? 

By foregrounding gender and sexuality as key analytical lenses, the conference seeks to enrich theoretical frameworks of diversity, which are often limited to Western feminist and queer studies, to other epistemologies, intellectual traditions and modernising projects. We believe in the value of transregional, transdisciplinary dialogue and invite contributions from researchers, artists, cultural practitioners who would consider Azerbaijan’s cultures and heritage from any cultural context in Africa, Asia and Australia, Europe, North and Latin America. In so doing, we also seek to decouple Azerbaijan from its often-presumed default context of the South Caucasus, troubling the very idea of the ‘South Caucasus’ as a colonial regional identity. As such, we explicitly welcome contributions that examine Azerbaijan’s connections with actors and states beyond the immediate regional context. 

Contributions to the conference (academic, artistic and testimonial) could address the following topics (and go beyond them):

  • gendered perspectives on cultural heritage
  • gendered languages and grammars of representation
  • indigenous gendered knowledges and arts
  • arts and culture and Muslim secularism, state-sponsored atheism, religious revival
  • gender and the shaping of (post-)imperial boundaries
  • forums and institutions of transnational exchange in the arts and culture sector
  • (post-)conflict imaginaries
  • memory cultures of gender and sexuality

We welcome proposals that bridge Cultural Studies, Visual Studies, Literary Studies, History, International Relations, Sociology and Gender Studies. We are particularly interested in submissions addressing architecture, literature, music, theatre, television and the media.

We approach this conference first and foremost as a space of intellectual and cultural exchange, a kick-off event for building a long-term community that is interested in thinking together about the themes outlined above – and beyond them. The conference will therefore provide ample space for networking and informal discussions alongside conventional presentations and roundtables.

The conference language is English. Please submit an abstract of 300 words and a short bio of up to 150 words (both in English) as a single Word file to transitions​(at)​uni-regensburg.de (öffnet Ihr E-Mail-Programm) by 17 April 2026. Please use the subject line ‘Transnationalising Gender’. Confirmations of acceptance will follow in early May 2026.

We particularly encourage applications from early career participants across academia, the arts and practice. We will cover accommodation costs for all participants and have limited funding to contribute to travel costs. We encourage applicants who have access to funding at their institutions to provide this information to us in their application so that we can use our funds to accommodate as many participants without such access as possible.

Conference organisers:

Jack Broughton, Olga Doletskaya and Tatiana Klepikova

Project team:

Andrew Delatolla, Olga Doletskaya and Vlad Strukov (all – University of Leeds)

Tatiana Klepikova, Timothy Nunan and Gözde Yazıcı Cörüt (all – University of Regensburg)

In cooperation with Zahra Mammadova (Masaryk University, Brno) 

For further questions, please contact:

Jack Broughton 

Project Coordinator 

‘Transitions: Examining Changing Regimes of Gender and Sexuality in Post-Soviet Muslim Republics’ 

transitions​(at)​uni-regensburg.de (öffnet Ihr E-Mail-Programm)

Logo of the Arts and Humanities Research Council, logo of the Deutsche Forschungsgemeinschaft (German Research Foundation), logo of the University of Leeds, logo of the University of Regensburg and logo of DIMAS - Department for Interdisciplinary and Multiscalar Area Studies at the University of Regensburg.
nach oben